“Qəbələ”nin Gənclər Liqasında potensial rəqibləri bəlli oldu

Sabah UEFA Gənclər Liqasında 2020-2021-ci illər mövsümünün ilk püşkatma mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Çempionlar Liqası yolu və Çempionlar yolunda 1/32 final mərhələsinin cütləri bəlli olacaq.

 

Sportal.az xəbər verir ki, AFFA-nın keçirdiyi Gənclər Liqasında Azərbaycan çempionu olan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının da rəqibi müəyyənləşəcək.

 

Püşkatmadan öncə UEFA iştirakçıları qruplara bölüb. Hər qrupda yer alan 8 komanda püşkdə 4 cüt təşkil edəcək. “Qəbələ” Çempionlar yolunda 4-cü qrupa daxil edilib. “Qırmızı-qaralar”ın potensial rəqibləri “Çertanovo” (Rusiya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Lüdoqorets” (Bolqarıstan), “Şkendiya” (Şimali Makedoniya) və “Şerif” (Moldova) klublarıdır.

 

Martın 2-3-də keçiriləcək 1/32 final mərhələsi bir oyundan ibarətdir.

Tarix: 26 Yanvar [18:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Mart 2021
28  Fevral 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio