"Bayern" Filiki göndərir

17:17 - 27 Yanvar 2021

“Bayern” baş məşqçisi Hans-Diter Flik ilə mövsümün sonunda yollarını ayıra bilər.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, almaniyalı mütəxəssis klubun idarə heyətinin sədri Karl Hayns Rummeniqenin ayrılığından sonra bu barədə düşünməyə başlayıb. Onun həm də klubun idman direktoru Hasan Salihamdziçlə münasibətləri qaydasında deyil.

 

Bundan əlavə, xəbərdə 55 yaşlı mütəxəssisin Almaniya millisinin baş məşqçisi təyin ediləcəyinin mümkünlüyü qeyd edilib.

 

Filikin Münhen klubu ilə 2,5 illik müqaviləsi mövcuddur. Komanda onun rəhbərliyi ilə ötən mövsüm Almaniya Bundesliqası və Çempionlar Liqasını qazanıb.

Xəbər xətti