Məsut Özil: "Qismət olsa, Azərbaycana gedərəm" - VİDEO

21:21 - 27 Yanvar 2021

Türkiyənin "Fənərbaxça" klubunun yeni transferi Məsut Özilin təqdimat mərasimi baş tutub.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda ilin döyüşkən əcnəbisi seçilməsinə də münasibət bildirib:

 

"Sadəcə "Fənərbaxça" azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm. Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm".

 

Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək təbliğati dəstək verib.

 

 

 

 

Image

Image

Xəbər xətti