"Qarabağ" Geryeni cərimələyib, əvəzedicilərə göndərdi

23:08 - 27 Yanvar 2021

“Qarabağ” haitili müdafiəçi Donald Geryeni cərimələyib.

 

Sportal.az xəbər verir ki, o, əvəzedici komandaya göndərilib. Buna qış fasiləsində ölkəsinə gedən Geryenin komandaya nəzərdə tutulan vaxtda qoşulmaması səbəb olub. 31 yaşlı oyunçu təlim-məşq toplanışında iştirak etməyib və yalnız bir neçə gün əvvəl düşərgəyə qayıdıb. Haitili XIV turda "Sabah"la matçı da hələ İstanbulda olduğu üçün buraxıb.

 

Gerye əvəzedici komandaya göndərilməklə yanaşı, 20 min dollar cərimələnib.

 

31 yaşlı futbolçu bu mövsüm keçirdiyi 16 oyunda 6 qol vurub.

Xəbər xətti