Söyüş söymək Buffona 5 minə başa gəldi

14:55 - 19 Fevral 2021

"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya A Seriyasının "Parma" ilə matçında (4:0) söyüş söydüyü üçün cərimələnib.

 

Sportal.az xəbər verir ki, İntizam komitəsinin qərarına əsasən, 43 yaşlı qolkiper 5 min avro cərimə olunub.

 

Komitə qapıçıya bir oyunluq cəza vermək istəsə də, sonradan qərarını dəyişib.

Xəbər xətti