Xayme Romerodan 10-cu qol

Xayme Romero “Qarabağ”ın heyətində 10-cu qoluna imza atıb.

 

Sportal.az xəbər verir ki, ispaniyalının yubileyi Premyer Liqanın XVII turuna təsadüf edib. O, “Səbail”lə qarşılaşmada (1:0) həlledici qolun müəllifi olub. Xayme “Qarabağ”ın heyətindəki 10 qoldan 4-nü Premyer Liqa, 1-ni Azərbaycan kuboku, 5-ni avrokuboklarda vurub. “Azersun Arena”dakı top legioner futbolçunun cari mövsüm Premyer Liqada ilk qolu olub. O, çempionatda sonuncu dəfə ötən il fevralın 15-də “Zirə” ilə səfər matçında (6:0) fərqlənib.

 

Romero ilk qolunu 2019-cu iyulun 31-də İrlandiya təmsilçisi “Dandolk”la Çempionlar Liqasının ev görüşündə (3:0) vurub.

 

Tarix: 26 Fevral [12:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Aprel 2021
19  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio