Aronyan Ermənistanı tərk edəcəyini açıqladı

Ermənistanın şahmatçısı Levon Aronyan ölkəsini tərk edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı 39 yaşlı qrossmeyster sosial hesabında paylaşıb. O, qərarının hazırkı hökumətin verdiyi vədləri yerinə yetirməməsi ilə bağlı olduğunu yazıb.

 

Dəfələrlə maraqlı təkliflər aldığını deyən şahmatçı ABŞ-a köçəcəyini və bu ölkəni təmsil edəcəyini vurğulayıb.

 

Aronyan Ermənistanı ikinci dəfə tərk edir. O, daha əvvəl - 2003-cü ilin sentyabrından 2004-cü ilin mayınadək Almaniyanın bayrağı altında çıxış edib.

Tarix: 26 Fevral [18:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Aprel 2021
17  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio