Kamran Əliyev ehtiyatda qaldı

21:54 - 28 Fevral 2021

Rusiya Premyer Liqasında 20-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-20 millisinin keçmiş üzvü Kamran Əliyevin formasını geyindiyi “Ximki” evdə “Ufa”ya 2:1 hesabı ilə qalib gəlib.

 

22 yaşlı hücumçu sonadək ehtiyatda qalıb.

 

“Ximki” 28 xalla 16 komanda arasında 10-cudur.

Xəbər xətti