De Byazi ona ümid etməsin – "İndiki halda Kamran Əliyevin milliləşdirilməsi real deyil"

18:08 - 1 Mart 2021

Rusiya Premyer Liqa təmsilçisi “Ximki”nin əslən azərbaycanlı futbolçusu Kamran Əliyevin milliləşdirilməsi ilə bağlı məsələ hələ də açıq qalıb. Kamran millimizdə çıxış eləmək istəyir, ancaq yaxşı anlayır ki, belə qərar versə, “Ximki”dəki karyerası sual altına düşə bilər. Çünki Azərbaycan pasportu alacağı təqdirdə Rusiyada legioner sayılacaq və əcnəbi kimi heyətə düşmək onun üçün çox çətin olacaq.

 

Kamran Əliyevin durumunu daha dəqiq bilmək üçün rusiyalı futbol agenti İmran Rzayevlə əlaqə saxladıq. Rusiya klubları ilə sıx əlaqədə olan agent sportal.az saytına verdiyi açıqlamada Kamranın millimizə gəlişini real saymır:

 

“Bu mövsümün əvvəlində Kamran Əliyevə həm Qazaxıstandan, həm də Rusiya birinci liqasından təkliflər var idi. Ancaq Kamran “Ximki”də qalmaq istədi. O vaxt klub rəsmilərindən maraqlandım ki, Azərbaycan klublarından təklif olsa Kamran gedərmi. Mənə dedilər ki, Kamran Əliyev yalnız Rusiya Premyer Liqa klublarında çıxış etmək istəyir. O, bu mövsüm meydana az-az çıxır, legioner statusu alsa, gərək özünə yeni klub axtarsın. Ona görə də, indiki halda Kamran Əliyevin milliləşdirilməsi real deyil”.    

Xəbər xətti