"Zirə"yə görə Çili klubuna rədd cavabı verdi

12:33 - 9 Mart 2021

"Zirə"nin yeni transferi Fakundo Melivilonun Çilidə oynamaq variantı olub.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu "Kokimbo Unido" ilə razılığa gəlib. Lakin Melivilo tibbi müayinədən keçəcəyi vaxtdan 72 saat əvvəl "Zirə" ilə razılaşdığını bildirib. O, Çili klubuna tibbi müayinəyə gəlməyəcəyini söyləyib.

 

"Zirə" Fakundo Melivilo ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.

Xəbər xətti