"Sevilya"nın futbolçusu "Tottenhem"in hədəfində

İngiltərənin "Tottenhem" klubu yayda heyətini gücləndirmək üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi İspaniyanın "Sevilya" klubunun müdafiəçisi Dieqo Karlosla maraqlanır. Əndəlüsiya təmsilçisi braziliyalı futbolçunu sərbəst qalma qiymətinə - 75 milyon avroya satmağa müsbət baxır.

 

"Tottenhem" bu məbləği aşağı salmaq üçün La Liqa klubuna müraciət edib. "Sevilya"nın idman direktoru Ramon Monçi kolumbiyalı müdafiəçi Devinson Sançesin bu transferdə bir parça olacağı halda, endirimə gedəcəklərini bildirib.

 

"Sevilya" 28 yaşlı Karlosu 2019-cu ildə Fransanın "Nant" klubundan 15 milyon avroya transfer edib.

Tarix: 7 Aprel [16:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Aprel 2021
19  Aprel 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio