"Sportinq"in futbolçusu Azərbaycan klubuna keçə bilər

23:32 - 3 İyun 2021

Portuqaliyanın "Sportinq" klubunun müdafiəçisi Vitorino Antuneş Azərbaycan klublarınının birindən təklif alıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı sol cinah müdafiəçisi ilə maraqlanan klubun adı açıqlanmayıb. Portuqaliya millisində də oynamış futbolçunu Bolqarıstanın "Ludoqorets" və BƏƏ klubları da heyətinə qatmaq arzusundadır.

 

Təcrübəli futbolçu "Pasuş Ferreyra", "Roma", "Leççe", "Malaqa", "Xetafe", "Dinamo" (Kiyev) kimi klublarda çıxış edib. O, başa çatan mövsüm "Sportinq"lə Portuqaliya çempionu olub. Antuneş keçiridiyi 13 oyunda 1 məhsuldar ötürmə edib.

Xəbər xətti