Kroyfun oğlu "Barselona"da

10:10 - 4 İyun 2021

Əfsanəvi hollandiyalı futbolçu Yohan Kroyfun oğlu Jordi Kroyfa "Barselona"da vəzifə verilib.

 

Sportal.az xəbər verir ki, o, klubun sturukturunda, texniki katiblikdə çalışacaq.

 

47 yaşlı mütəxəssis son olaraq Çinin "Şençjen" klubunu çalışdırıb.

 

Onun atası Yohan Kroyf 1973-1978-ci illərdə "Barselona"nın futbolçusu, 1988-1996-cı illərdə isə baş məşqçisi olub. Əfsanəvi futbolçu 2016-cı ildə vəfat edib.

Xəbər xətti