"Çukariçki" - "Sumqayıt" matçının vaxtı dəyişdirildi

16:09 - 18 İyun 2021

"Sumqayıt"ın Konfrans Liqasındakı "Çukariçki" ilə ilk oyunun vaxtında dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, ilk matç iyulun 21-nə keçirilib. Buna səbəb həmin gün Serbiyanın digər klubu "Partizan"ın da Konfrans Liqasında Slovakiyanın "Dunayska Streda" komandası ilə ev oyununa çıxmasıdır.

 

Komandalar arasında cavab oyunu iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da olacaq.

Xəbər xətti