Qazaxıstan Azərbaycandan uzaqlaşdı, Polşa yaxınlaşdı - UEFA-nın əmsallar cədvəli

Konfrans Liqasında dünən keçirilən matçlardan sonra UEFA-nın yeni əmsallar cədvəli açıqlanıb.

 

Sportal.az xəbər verir ki, səfərdə "Soçi"yə uduzan (0:3) "Keşlə" ölkəmizin xal hesabını artıra bilməyib. "Qarabağ"ın Bakıda "Aşdod"la (İsrail) qolsuz heç-heçəsi isə 0, 125 xal gətirib. Beləliklə, Azərbaycanın bu mövsüm ümumi qazancı 0, 750-yə çatıb. Bunun 0,500-ü "Neftçi"nin, 0,125-i "Sumqayıt"ın, 0, 125-i isə "Qarabağ"ın payına düşür.

 

Ağdam klubunun qazancı ölkəmizin irəliləməsinə kifayət etməyib. Azərbaycan 13,375 xalla əvvəlki kimi 29-cudur. 28-ci Qazaxıstan isə fərqi artırıb. Artıq qazaxlardan 0, 375 xal geri qalırıq. Polşa isə yaxınlaşıb. 30-cu sırada qərarlaşan polşalılarda cəmi 0, 375 xal irəlidəyik. Son əmsallar cədvəlində bu fərq 1 xala bərabər idi.

Tarix: 23 İyul [10:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio