"Aşdod"un baş məşqçisi: "Azərbaycandakı görüşü unutmalıyıq"

22:52 - 28 İyul 2021

İsrail "Aşdod"unun baş məşqçisi Ran Ben Şimon Konfrans Liqasının 2-ci turunda evdə "Qarabağ"la cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, o, ilk matçda yaxşı nəticə qazandıqlarını bildirib:  "Həmin görüşdən sonra həyəcanı hiss edirik. Bu, əyləncəli və xoş hissdir. Konfrans Liqasında mübarizəyə davam etsək, xoşbəxt olacağıq".

 

O, keyfiyyətli rəqibə qarşı oynayacaqlarını deyib: "Çox ağıllı olmalı və üzərimizə düşəni etməliyik. Qarşımızda yaxşı komanda var. İlk görüşdən sonra rəqib haqda çox şey öyrəndik. Azərbaycandakı görüşü unutmalıyıq. Bu oyun fərqli olacaq. Yaxşı və ağıllı oynamaq istəyirik". (Qol.az)

Xəbər xətti