Qurban Qurbanov: "Aşdod"u ciddi komanda kimi qəbul edirik"

23:30 - 28 İyul 2021

“Qarabağ” Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında “Aşdod”la üz-üzə gələcək.

 

Sportal.az xəbər verir ki, oyundan öncə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında çıxış edib. 

 

O, sabahkı oyun haqda bu cür danışıb: “Üstünlük “Aşdod”dadı. Çünki onlar kollektiv futbol oynayırlar. Ona görə də onlardan hansısa futbolçunu xüsusi dəyərləndirmək çətindi. Biz peşəkarıq. Bizim daha uğurlu vaxtlarımız olub. Sabah istənilən nəticəyə hazırıq. Ancaq biz uğursuzluq yox, uğurlu nəticə haqda fikirləşirik.

 

Ötən mövsüm “Makkabi”(Tel-Əviv) komandası ilə oynamışdıq. Lakin o Avropa Liqasının qrup mərhələsinin oyunları idi. O zaman hər şey başqa cür idi. İsrail klublarının səviyyəi artmaqdadı. Ona görə “Aşdod”u çox ciddi komanda kimi qəbul edirik”.

 

Xəbər xətti