"Neftçi"nin Konfrans Liqasında potensial rəqibləri

22:22 - 31 İyul 2021

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" - HİK (Finlandiya) cütünün məğlubunun Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, cütün məğlubu çempionlar yolunda səpələnmişlər siyahısında yer alacaq və aşağıda qeyd olunan cütlüklərdən birinin qalibi ilə qarşılaşacaq.

 

“Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları)

“Linfild” (Şimali İrlandiya – “Fola” (Lüksemburq)

“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)

 “Riqa” (Latviya) – “Hibernians” (Malta)

“Priştina” (Kosovo) – “Bodo Qlimt” (Norveç)

 

Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi avqustun 2-i keçiriləcək.

Xəbər xətti