"Zirə" "Sumqayıt"la qarşılaşacaq

17:50 - 3 Avqust 2021

Hazırlıqlarını Bakıda davam etdirən "Zirə" növbəti yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv avqustun 7-də "Sumqayıt"la qarşılaşacaq. Oyun saat 18:30-da "Kapital Bank Arena"da start götürəcək.

 

“Zirə” buna qədər iki yoxlama oyunu keçirib. Qəsəbə təmsilçisi “Qarabağ”la heç-heçə edib (1:1), “Qəbələ”yə isə uduzub – 1:2.

Xəbər xətti