HİK - "Neftçi" matçını canlı yayımlayacaq kanal məlum oldu

17:29 - 5 Avqust 2021

“Neftçi”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə keçirəcəyi cavab matçını yayımlayacaq telekanal müəyyənləşib.

 

Sportal.az "ağ-qaralar"ın rəsmi saytına istinadən xəbər verir ki, avqustun 12-si Bakı vaxtı ilə saat 20:00-da “Bolt Arena” stadionunda baş tutacaq oyun “İdman TV” vasitəsilə canlı yayımlanacaq.

 

Xatırladaq ki, bu komandalar arasında “Bakcell Arena”da keçirilən ilk oyun 2:2 hesabı ilə nəticələnib.

Xəbər xətti