"Türkiyəyə daha çox qol vura bilərdik" - Van Qal

18:32 - 8 Sentyabr 2021

DÇ-2022-nin seçmə mərhələsinin G qrupunda Türkiyəni 6:1 hesabı ilə məğlub edən Niderland millisinin baş məşqçisi Lui van Qal açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, qələbəni şərh edib:

 

"Nəticədən tam razıyam. Hələ daha çox qol vura bilərdik. Möhtəşəm qollar alındı. Şikayət etmək üçün səbəb yoxdur. 90 dəqiqə rəqibə təzyiq etdik. Meydanda olan futbolçular tapşırıqlarımı yerinə yetirdi. İrəli xəttdəki futbolçulardan daha çox razı qaldım. Güclü Türkiyəyə qarşı belə oynamaları müsbət haldır. Erkən qollar bizə güc verdi. Matçdan öncə də hisslərim yaxşı idi. Bütün komandamızın bir hədəfi var: dünya çempionatına vəsiqə qazanmaq. Hədəf olmasa, belə enerjili komanda görə bilmərsiniz. Futbolçular uğur qazanmaq üçün çalışmalıdırlar. Komandanı gəncləşdirdik və bunu da çox yaxşı etmişik".

Xəbər xətti