Norveç mətbuatı İbrahima Vadjinin "Qarabağ"ın transferindən yazıb.
Sportal.az xəbər verir ki, “Nettavisen” portalı yayda seneqallı hücumçu ilə "Volerenqa"nın maraqlandığını və onu transfer etmək üçün rəsmi təklif göndərdiyini qeyd edib.
Norveçli həmkarlarımızın yazdığına görə, bu klubun baş məşqçisi Daq-Eylev Faqermo seneqallı hücumçunu sərəncamında görməyi çox istəyib: "Hətta "Volerenqa"nın prezidenti də məsələyə qarışmışdı. Amma “Hagesund”un sabiq hücumçusu, daha yüksək məbləğ təklif edən "Qarabağ"a keçdi".
Məşhur transfermarkt saytına inansaq, 26 yaşlı hücumçu Norveç klubundan “Qarabağ”a keçidi Ağdam təmsilçisinə 600 min avroya başa gəlib.