Yığmamızın sabiq üzvü legioner həyatı yaşayacaq - FOTO

10:12 - 16 Sentyabr 2021

21 yaşlılardan ibarət yığma komandamızın şərəfini qorumuş Tural Bayramlı ölkə xaricində çıxış edəcək.

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Yunanıstanda oynayacaq. 

O, Yunanıstanın aşağı liqa təmsilçisi olan "Pierikos"la anlaşıb.

Futbolçu şəxsi feysbuk səhifəsində Yunanıstan klubuna keçidi barədə belə yazıb: "Bu, ölkə xaricindəki 2-ci təcrübəm olacaq. Superliqaya yüksəlməyimiz üçün əlimdən gələni edəcəm. "Məni yaxşı qarşıladıqlaırna görə, "Pierikos" rəhbərliyi və məşqçilər korpusuna təşəkkür edirəm. Yunanıstana gəlişimdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

Bayramlı, "Sumqayıt", "Keşlə", "Dauqavpils" və "Zirə" komandalarında oynayıb. 

Xəbər xətti