Murad Məmmədovdan bürünc medal

21:15 - 9 Oktyabr 2021

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Norveçin paytaxtı Osloda dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.


Sportal.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançımız Belarus təmsilçisi Maksim Kajarski ilə üz-üzə gəlib.


Rəqibinə 2:0 hesabı ilə qalib gələn Məmmədov bürünc medal qazanıb.

 

Məmmədov bundan əvvəl təsnifatda  Kriştian Keçkemetiyə (Macarıstan) 3:0, 1/8 finalda Aydos Sultangaliyə (Qazaxıstan) 6:1, 1/4 finalda Ayata Suzukiyə (Yaponiya) 5:1 (tuşe) qalib gəlmişdi, yarımfinalda isə Jolaman Şarşenbekova(Qırğızıstan) 2:4 hesabı ilə uduzmuşdu.

Xəbər xətti