"AZ Alkmar" - "Qəbələ" matçının hakimləri açıqlandı

16:33 - 12 Oktyabr 2021

"Qəbələ"nin UEFA Gənclər Liqasının 1-ci təsnifat mərhələsində "AZ Alkmar" ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Niderlandda baş tutacaq qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Dario Bel olacaq.Ona yan xətt hakimləri qismində Maryan Tomas və Kruno Şariç kömək edəcəklər.

 

Qeyd edək ki, oktyabrın 19-da oynanılacaq "AZ Alkmar" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Qəbələdəki ilk görüşdə Niderland klubu 4:0 hesablı qələbə qazanıb.

Xəbər xətti