Yurgen Klopp: "Atletiko"nu bəyənmirəm, amma hörmət edirəm"

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Atletiko" ilə qarşılaşacaq "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları deyib:

 

"Son dəfə bu komandaya uduzanda "Atletiko"nun oyun tərzi barədə xoş danışmamışdım. Bu əsəbi və gərgin olmağımdan irəli gəlirdi. Rəqibə hörmətsiz yanaşmağımdan söhbət gedə bilməz. Bu komandaya hörmət edirəm. Dieqo Simeone yaxşı işlər görür. O, İspaniya çempionudur və uzun illərdir bu komandadadır. Simeone "Atletiko"nu mübarizədə saxlayır, onları irəli aparır. Rəqibə hörmətim sonsuzdur. Oyun tərzlərini bəyənirəmmi? Çox da yox. Son qarşılaşmamızda sahib olduqları hər şeylə müdafiə olunmuşdular. Mən də dəliyə dönmüşdüm. Çox məyus olmuşdum. Mən fərqli futbol tərzini sevirəm. Ancaq onlar öz oyunları ilə uğur qazanırlar".

Tarix: 18 Oktyabr [23:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5  Dekabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio