Məşhur futbolçu karyerasını bitirdi

12:13 - 19 Oktyabr 2021

Türkiyə millisinin keçmiş üzvü Nuri Şahin futbolçu karyarasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi sosial media hesabında etdiyi paylaşımda bu barədə məlumat verib. Bir neçə gün öncə futbolçu kimi çıxış etdiyi "Antalyaspor"un baş məşqçisi təyin olunan Şahin artıq bütün diqqətini məşqçiliyə yönəldəcəyini bildirib.

 

Qeyd edək ki, Nuri Şahin karyeras ərzində "Borussiya" (Dortmund), "Feyenoord", "Real", "Liverpul", "Verder" və "Antalyaspor"da çıxış edib. Tərcübəli futbolçu Türkiyə millisinin heyətində də 52 oyunda meydana çıxıb.

Xəbər xətti