Şahmat Federasiyasında prezident dəyişikliyi

Azərbaycan Şahmat Federasiyasının (AŞF) növbəti hesabat-seçki konfransı keçirilib. 

 

Sportal.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində təşkil edilən tədbirdə Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib.

 

Səsvermə nəticəsində uzun illər AŞF-də vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib. O, bu vəzifədə O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

 

Faiq Həsənov federasiyanın 1-ci vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. AŞF-nin prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.  

 

Azərbaycan Şahmat Federasiyasına 2007-ci ildən Elman Rüstəmov rəhbərlik edirdi. 

Tarix: 26 Noyabr [13:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Avqust 2022
12  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio