"Yuventus" üçün sevindirici xəbər

17:07 - 26 Noyabr 2021

"Yuventus"un zədəli futbolçuları Corco Kyellini və Federiko Bernardeski sıraya qayıdıb.

Sportal.az xəbər verir ki, hər 2 futbolçu tam olaraq sağalıb.

Məlumata görə, həm Kyellini, həm də Bernardeski İtaliya A Seriyasının növbəti turunda "Atalanta"ya qarşı keçiriləcək matçda meydana çıxa biləcək.

"Qoca sinyora"nın "Atalanta"ya qarşı keçirəcəyi görüş sabah saat 20:00-da keçiriləcək.

Xəbər xətti