"Barselona" Koutinyonu verib, Kavanini almaq istəyir

15:26 - 1 Dekabr 2021

“Barselona” Filipe Koutinyonu “Mançester Yunayted”in futbolçusu ilə dəyişdirmək istəyir.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı futbolçunu qışda göndərmək niyyətindədi. “Barsa” Koutinyonun əvəzinə “Mançester Yunayted”dən Edinson Kavanini istəyib.

29 yaşlı futbolçu özü isə “Barselona”nı tərk etmək fikrində deyil. Onun klubla yaya qədər müqaviləsi qüvvədədi.

Xəbər xətti