"Legiya"nın baş məşqçisi: "Mahirin problemi beynindədi"

Polşanın "Legiya" klubunun baş məşqçisi Marek Qolebiyevski Mahir Emreli haqda danışıb.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı mütəxəssis komandanın hücumçularının probleminin beyinlərində olduğunu bildirib. O, Emreli və Pexartın hər vəziyyətdən yararlanmalı olduğunu deyib:

 

"Mahir Emreli və Tomaş Pexartın problemi beyinlərindədir, çünki çox düşünürlər. Onlarla danışıram, suallar verirəm. Hücumçunun beyni həmişə təmiz olmalıdır. Nəyin bahasına olursa olsun, qol vurmalı olduğunu düşünməkdənsə, hər vəziyyətdən yararlanmağa çalışmalıdır. Ümid edirəm ki, bu dəyişəcək".

Tarix: 4 Dekabr [11:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio