"Turan Tovuz" Bakıdan 3 xalla qayıtdı - VİDEO

16:08 - 23 Dekabr 2021

Futbol üzrə Azərbaycan I Divizionunda 13-cü turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Zirə-2" öz meydanında "Turan Tovuz"u qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 14-ə yüksəldən "Turan Tovuz" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 5 xalı olan "Zirə-2" isə sonuncudur,

 

"Zirə-2" – "Turan Tovuz" 0:2
Qol:
Emin Bayramov, 38. Fərmalıy Əliyev, 85.

 

Xəbər xətti