İtaliya kubokunun 1/8 final mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, “Napoli” evdə “Fiorentina” ilə bacarmayıb.
A seriyasının iddialılarından olan Neapol təmsilçisi darmadağın olub.
Halbuki matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Əlavə vaxtda isə florensiyalılar rəqibinin qapısından 3 qol keçirib.
“Napoli” – “Fiorentina” 2:5
Qollar: Mertens 44, Petanya 90 – Vlahoviç 41, Biraqi 57, Venuti 105, Piontek 108, Maleh 119