Azərbaycan millisindən imtina edən futbolçu klubunu dəyişdi, millimizin üzvü təbrik etdi - FOTO

"Başakşəhir"in futbolçusu Emrek Kaplan "Hatayspor"a icarəyə verilib. 

Sportal.az xəbər verir ki, müdafiəçi 1,5 il Hatay klubunda çıxış edəcək.

Keçidi ilə bağlı sosial şəbəkədə paylaşım edən Kaplana təbrik edənlər arasında "Qarabağ" və Azərbaycan millisinin üzvü Toral Bayramov da olub. Ağdam klubunda aparıcı simaya çevrilən Bayramov Kaplanın instaqramdakı paylaşımına "başarılar kanka" şərhini yazıb. 

Xatırladaq ki, Azərbaycanın U-19 və U-21 yığmasında çıxış edən Emre sonradan millimizdən imtina edərək Türkiyə U-21 yığmasında oynayıb.

Tarix: 14 Yanvar [11:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2022
24  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio