UEFA-dan “Qarabağ”la bağlı paylaşım

14:47 - 14 Yanvar 2022

UEFA Avropa Konfrans Liqasının “Twitter” hesabında “Qarabağ”la bağlı paylaşım edib.

Sportal.az xəbər verir ki, paylaşımda “köhlən atlar”ın futbolçuları – İbrahima Vadji, Abbas Hüseynov və Kadi Borgesin qrup mərhələsində vurduğu qollar və qapıçı Şahruddin Məhəmmədəliyevin seyvi yer alıb.

UEFA-nın paylaşımında “Qrup mərhələsində “Qarabağ”ın ən yaxşı oyunçusu kim olub?” sualı da ünvanlanıb.

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Marsel “Olimpik”i ilə qarşılaşacaq.

Xəbər xətti