"Real"ın əfsanəvi futbolçusu vəfat etdi

13:59 - 18 Yanvar 2022

“Real”ın keçmiş futbolçusu Fransisko Gento vəfat edib.

 

Sportal.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Gento 89 yaşında vəfat edib.

 

Keçmiş müdafiəçi 1953-1971-ci illər aralığında “Real”da çıxış edib. Ümumilikdə o, komandanın heyətində 600 oyun keçirib və 182 qol vurub. Gento dünyada yeganə futbolçudur ki, 6 dəfə avrokubok qazanıb.

 

Gento “Real” tarixində ən çox – 23 titul qazanan iki futbolçudan biridir.

Xəbər xətti