"Barselona" Dembeleni göndərir

16:31 - 20 Yanvar 2022

Usman Dembele "Barselona"nı tərk edəcək.

Sportal.az xəbər verir ki, bu barədə Kataloniya klubunun idman direktoru Mateo Alemani məlumat verib, O bildirib ki, yeni müqavilə ilə bağlı fransalı vingerlə razılıq əldə edilməyib. Bu səbəbdən klub rəhbərliyi və baş məşqçi Xavinin qərarı əsasında o, komandadan kənaraldırılıb.

 

Dembeleyə ən qısa müddətdə özünə yeni klub tapmaq tapşırılıb. Buna qədər o, "Barselona"nın heç bir oyununda iştirak etməyəcək.
 

Dembele 2017-ci ildə Dortmund "Borussiya"sından "Barselona"ya keçib.

Xəbər xətti