"Xan Lənkəran" Türkiyəyə gedir

12:32 - 24 Yanvar 2022

Region Liqası klubu "Xan Lənkəran" qış hazırlığının ikinci mərhələsini Türkiyədə keçəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Lənkəran təmsilçisinin sosial şəbəkə hesabları məlumat yayıb. Bildirilir ki, komanda yanvarın 24-dən fevralın 4-dək qonşu ölkənin Antalya bölgəsində toplanış keçəcək.

 

Hazırlıq prosesində iki yoxlama oyunu nəzərdə tutulub.

Xəbər xətti