"Mançester Siti" argentinalı forvardla razılaşdı

21:45 - 25 Yanvar 2022

“Mançester Siti” hücum xəttini gücləndirib.

Sportal.az xəbər verir ki, “şəhərlilər” Argentina çempionatının bombardiri, “River Pleyt”in forvardı Xulian Alvaresi heyətinə qatıb. 

Amma futbolçunun Mançester klubunun düşərgəsinə nə zaman qoşulacağı bəlli deyil.

21 yaşlı hücumçu “River Pleyt”in yetirməsidi və 2018-ci ildən bu yana 57 oyuna 23 qol vurub.

O, ötən il Argentina millisində debüt edib.

 

Xəbər xətti