Tanınmış türkiyəli məşqçi "Traktor"da

10:20 - 28 Fevral 2022

İranın "Traktor" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az Təbriz təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanı türkiyəli məşqçi Ertuğrul Sağlam çalışdıracaq. Onunla imzalanmış müqavilənin detalları açıqlanmayıb.

 

“Traktor” 18 turdan sonra 14 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Ertuğrul Sağlam 2018-ci ildə də "Traktoru"un baş məşqçisi olub.

Xəbər xətti