3 dəfə oyuna gəlməyən komanda Azərbaycan çempionatından kənarlaşdırıldı

16:26 - 13 May 2022

Futzal üzrə II Liqanın “Hövsan” komandası Azərbaycan çempionatından çıxarılıb.

Sportal.az xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

"Hövsan" çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün yarışdan xaric olunub.

Komanda oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət verilir.

Xəbər xətti