Komandanı çempion edən məşhur mütəxəssis istefaya göndərildi

19:34 - 18 May 2022

Türkiyənin "Sakaryaspor" klubunun baş məşqçisi Tuncay Şanlı istefaya göndərilib.

 

Sportal.az xəbər verir ki, bu barədə "yaşıl-qaralar"ın mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

"Sakaryaspor" Tuncay Şanlının rəhbərliyi altında Türkiyə II Liqasında mövsümün bitməyinə 2 həftə qalmış çempion olaraq, I Liqaya vəsiqə qazanmışdı.

Xəbər xətti