Latviya çempionatında XV turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq forvardı Vüqar Əsgərovun formasını geyindiyi “Super Nova” növbəti maçtına çıxıb.
Onlar RFS klubu ilə üz-üzə gəlib. Əsgərovun komandası bu oyunda 0:3 uduzub.
Vüqar bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Super Nova” 15 turdan sonra 4 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Tarix: 24 May [10:02]
|
|
Müəllif: Sportal.az
|