Premyer Liqada iştirak edəcək klublara lisenziyalar təqdim edildi

Bu gün AFFA-nın inzibati binasında 2022-2023-cü il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və  Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

Sportal.az xəbər verir ki, təltifetmə mərasimində iştirakçılara mövsümün yekunları, statistik göstəricilər və növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında gözlənilən dəyişikliklər barədə məlumat verilib. Növbəti mövsüm öncəsi AFFA İcraiyyə Komitəsi tərəfindən yeni qaydalar təsdiq ediləndən sonra edilmiş dəyişikliklərlə bağlı klublarla ətraflı treninqlər keçiriləcək.

Tədbirin sonunda növbəti mövsümdə çıxış etmək üçün lisenziya əldə etmiş klublar müvafiq lisenziyalarla təltif olunub.

Tarix: 25 May [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyun 2022
26  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio