Milan"da İbrahimoviç şoku: karyerasını bitirə bilər

19:17 - 25 May 2022

11 il sonra İtaliya çempionu olan "Milan"ın heyətində şok itki baş verib.


Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Zlatan İbrahimoviç zədələnib. Klubun rəsmi saytının yaydığı açıqlama isveçli forvardın əməliyyat olunacağı və 7-8 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.


İtaliyalı jurnalist Fabritsio Romano 41 yaşlı hücumçunun karyerasını bitirib-bitirməməklə bağlı tərəddüd keçirdiyini bildirib.


Zlatan İbrahimoviç başa çatan mövsümdə "Milan" forması ilə meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti