"Real" yeni transferini təqdim etdi

16:28 - 20 İyun 2022

İspaniyanın "Real" klubu mövsümlərarası fasilədə heyətinə qatdığı Antonio Rüdigeri ictimaiyyətə təqdim edib.


Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Çelsi" ilə müqaviləsi başa çatan almaniyalı mərkəz müdafiəçisi üçün imza mərasimi təşkil edib. 29 yaşlı oyunçu "kral klubu"nda 22 nömrəli forma ilə çıxış edəcək.

 

Antonio Rüdiger "Çelsi"yə 2017-ci ilin yayında "Roma"dan transfer olunub. Almaniya millisinin üzvü başa çatan mövsümdə "zadəganlar"ın heyətində meydana çıxdığı 54 matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti