Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) bu gün növbəti yoxlama görüşünə çıxacaq.
Sportal.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan Xorvatiya çempionu "Nafta" ilə oynayacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Mahirin komandası Sloveniyadakı ilk yoxlama görüşünü Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşmış və 3:qalib gəlmişdi. "Dinamo"nun qollarını Yosip Drmiç, Komnen Andriç və Bruno Petkoviç vurmuşdu. Matça start heyətində çıxmış Emreli ikinci yarıda əvəzlənmişdi.