"Arsenal" braziliyalı forvardın transferini bu həftə açıqlayacaq

14:59 - 28 İyun 2022

"Mançester Siti"nin forvardı Qabriel Jezus "Arsenal"la müqavilə imzalamaq üçün tibbi müayinədən keçəcək.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, 25 yaşlı forvard buna görə Londona yollanıb. Hər şey müsbət yekunlaşarsa, "topçular" braziliyalı forvardla bu həftə rəsmi müqavilə imzalayacaq.

Qabriel braziliyalı forvard üçün qarşı tərəfə 45 milyon funt-sterlinq ödəyəcək.

Ötən mövsüm o, "Mançester Siti"nin heyətində 41 matçda 13 qol vurub, 12 assist edib. 

Xəbər xətti