Azərbaycan millisi yenə uduzdu

22:15 - 29 İyun 2022

Basketbol üzrə kiçik ölkələrin Avropa çempionatı davam edir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisi də növbəti oyununu keçirib.

Aleksandr Trifunoviçin rəhbərlik etdiyi kollektiv bu dəfə Andorraya uduzub – 69:72.

Millimiz dünən ev sahibi Maltaya 71:73 məğlub olmuşdu.

Üç komandanın yer aldığı qrupda sonuncu yeri tutan millimiz Avropa çempionatının 1/4 finalında mübarizə aparacaq. Görüş iyulun 1-də keçiriləcək.

Xəbər xətti