"Fənərbaxça"nın istədiyi qapıçı "Napoli"yə keçdi

14:20 - 11 Avqust 2022

İtaliyanın "Napoli" klubu heyətini yeni qapıçı ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Neapol təmsilçisi azad agent statusunda olan Salvatore Siriqunu transfer edib. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

"Napoli" 35 yaşlı italiyalı "əlcək sahibi" ilə 1+1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Fənərbaxça"nın da transfer etmək istədiyi Salvatore Siriqu son olaraq "Cenoa"da çıxış edib.

Xəbər xətti